AZ

565 min AZN-lik tender: kim qazanacaq, kim uduzacaq?

Respublika Sanitariya-Karantin Mərkəzi PHŞ elektrotexniki avadanlıqların satın alınması ilə bağlı tender elan edib.

NOCOMMENT.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 564.999,93 AZN təşkil edir.

Layihə çərçivəsində müxtəlif təyinatlı avadanlıqların alınması nəzərdə tutulur.

Bunlara:

7 ədəd kağız doğrayan (sənəd məhv edən aparat),

5 ədəd soyuducu,

10 ədəd yüksək texniki göstəricilərə malik monoblok kompüter (Intel Core i7, 16 GB RAM),

70 ədəd monoblok kompüter (Intel Core i5, 8 GB RAM),

3 ədəd çoxfunksiyalı printer (çap/skan/kopiya/faks),

3 ədəd rəngli lazer çoxfunksiyalı printer,

və digər avadanlıqlar daxildir.

Texniki şərtlərə əsasən, alınacaq kompüter və printer avadanlıqları üçün istehsalçı tərəfindən MAF (Manufacturer Authorization Form) sənədi təqdim olunmalı, həmçinin səlahiyyətli servis mərkəzinin mövcudluğu təmin edilməlidir. /32gun.az/

Seçilən
44
nocomment.az

1Mənbələr