Suriya təhlükəsizlik qüvvələri Rakka əyalətində daxili təhlükəsizlik qüvvələrini hədəf alan İŞİD qruplaşmasının məhv edildiyini açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, Suriyanın dövlət televiziya kanalı Əl-İxbariyyənin təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, Rakkanın qərbində fəaliyyət göstərən və daxili təhlükəsizlik qüvvələrini hədəf alan İŞİD qruplaşmasına qarşı əməliyyat keçirilib.
İŞİD-in 21 fevralda Suriya təhlükəsizlik qüvvələrinə hücum çağırışından sonrakı dörd gün ərzində hücumlarda yeddi əsgər və daxili təhlükəsizlik işçisi də daxil olmaqla ümumilikdə səkkiz nəfər həyatını itirib.
Elvin
Ölkə.az