AZ

Dünyanın ən qonaqpərvər ölkələri açıqlandı - siyahı

Dünyanın ən böyük onlayn səyahət agentliyi olan "Booking.com" 2026-cı il üçün "Traveler Review Awards" hesabatını dərc edib.

Milli.Az xəbər verir ki, 226 ölkə və bölgədən 1,8 milyondan çox obyektin mükafat qazandığı siyahıda lider yenə dəyişməyib.

Siyahının birinci pilləsində yenə İtaliya qərarlaşıb. 214,532 mükafat qazanan bu Aralıq dənizi ölkəsi ardıcıl doqquzuncu ildir ki, dünyanın ən qonaqpərvər ölkəsi seçilir.

Bu il qonaqpərvərlik xidmətində ən sürətli inkişaf göstərən ölkə Bolqarıstan olub. Bu ölkədə mükafat qazanan obyektlərin sayı ötən ilə nisbətən 68% artıb.

Hesabata görə, turistlər artıq otellərdən daha çox mənzillərə (apartamentlərə) üstünlük verirlər. Mükafat sıralamasında mənzillər birinci, istirahət evləri ikinci, otellər isə üçüncü yerdədir.

Dünyanın ən qonaqpərvər 10 ölkəsi:

Sıra Ölkə Mükafat Sayı
1 İtaliya 214,532
2 Fransa 170,454
3 İspaniya 152,123
4 Almaniya 111,547
5 Böyük Britaniya 93,807
6 Braziliya 80,742
7 ABŞ 77,744
8 Polşa 72,592
9 Yunanıstan 71,140
10 Xorvatiya 58,689

Lalə Qüdrətova
Milli.Az

Seçilən
17
1
milli.az

10Mənbələr