AZ

Xalq artistindən məyusedici xəbər

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov səhhətində yaranan ciddi problemlərdən danışıb. Hazırda ev şəraitində müalicə olunduğunu bildirən sənətçi xəstəxanada qala bilmədiyi üçün tibbi prosedurların evdə davam etdirildiyini qeyd edib.Demokrat.az xəbər verir ki, aktyor vəziyyətinin mürəkkəbliyini bu sözlərlə ifadə edib:"Xəstəliklərimdən biri nəfəslə, bronxlarımla bağlıdır. Həmçinin əl-ayağımda titrəmələr başlayıb. Sağ tərəfimdə parkinson əlamətləri var. Çətin hərəkət edirəm. Streslə bağlı psixoloji çətinlik çəkirəm".Parkinson xəstəliyinə qarşı yeni müalicəyə başladığını deyən xalq artisti artıq bəzi vərdişlərini dəyişmək məcburiyyətində qaldığını vurğulayıb. Sağ əli yaxşı işləmədiyi üçün yazı işlərini sol əli ilə görməyə çalışır.Şeyx Əbdül Mahmudbəyov hazırkı durumu haqqında bunları deyib:"Üç gündür parkinson xəstəliyinə qarşı müalicəyə başlamışam. Əl-ayağımda keyimələr, əsmələr hələ keçməyib. Deyirlər ki, 5-10 gün dərman qəbul edim, keçəcək. İndi yazı-pozularımı sol əlimlə edirəm".Aktyorun müalicəsi həkim nəzarəti altında davam edir.(axar.az)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
demokrat.az

1Mənbələr