AZ

Çin ABŞ-ı manipulyasiyalarda qarşıdurmanı qızışdırmaqda ittiham edir

Çin ABŞ-ı manipulyasiyalarda qarşıdurmanı qızışdırmaqda ittiham edir

Çin ABŞ-ı Ukraynadakı vəziyyətdən istifadə edərək Pekinə qarşı əsassız hücumlar etməkdə, dünyada parçalanma və münaqişələr yaratmaq məqsədilə ölkəni nüfuzdan salmaqda günahlandırıb.

AFN.az-ın məlumatına görə, bu bəyanatla Çinin BMT-dəki daimi nümayəndəsi Fu Csun Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxış edib. Diplomat ABŞ-ın hərəkətlərini "açıq siyasi manipulyasiya" adlandıraraq Vaşinqtonu sərt tənqid edib:

"Mən həmçinin vurğulamaq istəyirəm ki, bir müddətdir ABŞ müxtəlif şəraitlərdə hər cür bəhanə və yalanlar uydurur, Çinə hücum etməyə və ona şər atmağa davam edir. Bunun məqsədi blok qarşıdurmasına rəvac vermək, parçalanma və münaqişə yaratmaqdır. Biz bir daha ABŞ-ı diqqəti yayındırmağı dayandırmağa, günahı başqasının üzərinə yıxmamağa və bütün dünyada münaqişələr və müharibələr yaratmağa son qoymağa çağırırıq", – deyə Fu Csun bildirib.

Çinli diplomatın bu kəskin reaksiyası ABŞ-ın BMT-dəki nümayəndəsi Temmi Brusun ittihamlarına cavab xarakteri daşıyıb. ABŞ tərəfi Pekini Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləməkdə və ikili təyinatlı mallar tədarük etməkdə ittiham edib. Pekin isə öz növbəsində Ukrayna böhranının yaradıcısı olmadığını və hər iki tərəflə normal ticarət münasibətlərini davam etdirdiyini vurğulayıb.

Seçilən
21
afn.az

1Mənbələr