
Norveçin 89 yaşlı monarxı Harald V fevralın 24-də İspaniyanın Tenerife adasında infeksiya və dehidratasiya (orqanizmin susuzlaşması) səbəbindən xəstəxanaya yerləşdirilib.
AFN.az-ın yerli mediaya istinadən məlumatına görə, bu barədə kral sarayının yaydığı rəsmi bəyanatda bildirilir. Məlumatda qeyd olunur ki, Əlahəzrət kral bu axşam Tenerifedəki "Hospital Universitario Hospiten Sur" universitet xəstəxanasına çatdırılıb.
"Kral infeksiya və dehidratasiyadan müalicə olunur, verilən məlumatlara görə, onun vəziyyəti yaxşı kimi qiymətləndirilir", – deyə bəyanatda vurğulanıb. Bildirilir ki, monarxın şəxsi həkimi müalicəyə nəzarət etmək üçün artıq İspaniyaya yola düşüb. Norveç kral ailəsi Tenerifedə qış tətilini keçirirdi.
Xatırladaq ki, kral Harald V son illərdə bir neçə dəfə səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Bu səbəbdən o, bəzi rəsmi vəzifələrini müvəqqəti olaraq vəliəhd şahzadə Haakona dövr edib.