AZ

Braziliyada güclü yağışlar 30 nəfərin həyatına son qoyub

Braziliyada güclü yağışlar 30 nəfərin həyatına son qoyub

Braziliyanın Minas-Jerays ştatında tüğyan edən leysan yağışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

AFN.az "CNN Brasil" telekanalına istinadən xəbər verir ki, daha 39 nəfər itkin düşmüş hesab olunur. Güclü yağışlar ştatda dağıdıcı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakətdən ən çox zərər çəkən bölgələr Juis-di-Fora və Uba şəhərləridir.

İlkin məlumatlara görə, təxminən 440 nəfər evsiz qalıb. Xilasedicilər dağıntılar altından 13 nəfəri sağ çıxarmağı bacarıblar, ümumilikdə isə 208 zərərçəkmiş xilas edilərək tibbi yardımla təmin olunub. Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin bildirib ki, axtarış-xilasetmə tədbirlərinə Silahlı Qüvvələr, o cümlədən helikopterlər və hərbi texnika cəlb edilib.

"Metrópoles" portalının məlumatına görə, evsiz qalan sakinlərə ilkin olaraq 800 Braziliya realı (təxminən 155 dollar) məbləğində maliyyə yardımı ayrılacaq. Bu vəsaitlər yerli hakimiyyət orqanları tərəfindən zərərçəkənlərin zəruri ehtiyaclarının (döşək, geyim və qida) qarşılanması üçün istifadə olunacaq.

Seçilən
27
afn.az

1Mənbələr