AZ

Meksikada 2026 cı il FIFA Dünya Kuboku təxirə salınacaq?

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Meksikada “Xaliskonun yeni nəsli” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantesin öldürülməsindən sonra ölkədə baş verən zorakılıqlara baxmayaraq, Meksika 2026-cı il FIFA Dünya Kubokuna ev sahibliyi edəcək və bütün təhlükəsizlik zəmanətləri təmin olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum keçirdiyi mətbuat konfransında deyib.

Prezident bildirib ki, Mexiko, Monterrey və Qvadalaxara şəhərlərində ümumilikdə 13 oyun keçiriləcək:

“Dünya Kuboku zamanı turistlər, futbolçular, məşqçilər heyəti və azarkeşlər üçün tam təhlükəsizlik təmin ediləcək. Vacib oyunlardan bəziləri isə əfsanəvi “Azteka” stadionunda oynanacaq”.

Şeynbaum vurğulayıb ki, yolların bağlanması, yanğınlar və təhlükəsizlik qüvvələri ilə toqquşmalar turnirin təhlükəsiz keçirilməsinə heç bir risk yaratmır:

“Meksikada keçiriləcək 2026-cı il FIFA Dünya Kuboku üçün ölkə tam hazırdır və iştirakçıların təhlükəsizliyi prioritet kimi təmin olunacaq”.

Qeyd edək ki, FIFA rəhbərliyi Meksika hakimiyyət orqanlarından Qvadalaxara (Xalisko ştatı) və Monterrey (Nuevo Leon ştatı) şəhərlərində təhlükəsizlik tədbirləri ilə bağlı daha ətraflı məlumat təqdim etməyi xahiş edib. Bu şəhərlər 26–31 mart tarixlərində yalnız Dünya Kuboku oyunlarına deyil, həm də pley-off mərhələsinin qarşılaşmalarına ev sahibliyi edəcək. FIFA bölgədə artan zorakılıq hallarından narahatdır. Qvadalaxarada təhlükəsizliklə bağlı vəziyyət diqqət mərkəzində saxlanılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
qafqazinfo.az

2Mənbələr