Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-də uşaqlara dəstək mövzusunda yazılmış "Sən mənimləsən?" kitabının müəllifi Kouri Riçins əri Erik Riçinsin qətlində ittiham olunur.
Oxu.Az "NBC News"a istinadən xəbər verir ki, 2022-ci ildə qadın həyat yoldaşı üçün "Moscow Mule" kokteyli hazırlayaraq içkiyə fentanil qatıb.
Ekspertiza 39 yaşlı kişinin orqanizmində ölümcül həddi beş dəfə aşan narkotik maddə dozası aşkar edib.
İstintaqın məlumatına görə, ərinin ölüm anında yazıçının 1 milyon dollardan çox borcu olub, Erik Riçinsin isə təxminən 4 milyon dollarlıq sərvəti varmış. Hüquq-mühafizə orqanları qətlin maddi maraq naminə törədildiyini ehtimal edir.
Prokurorluq Kouri Riçinsə qarşı qəsdən adam öldürmə, qətlə cəhd, sənədlərin saxtalaşdırılması, dələduzluq və ərinin xəbəri olmadan ümumilikdə 2 milyon dollara yaxın məbləğdə dörd həyat sığortası müqaviləsinin rəsmiləşdirilməsi maddələri üzrə ittiham irəli sürüb. Təqsirləndirilən şəxs günahını etiraf etmir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.