AZ

İraq Bağdad Hava Limanının müvəqqəti bağlandığını açıqlayıb

İraq Nəqliyyat Nazirliyi texniki nasazlıq səbəbindən Bağdad Beynəlxalq Hava Limanının müvəqqəti bağlandığını elan edib.

APA xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyinin sözçüsü Meysəm əs-Safi İraqın rəsmi xəbər agentliyi INA-ya açıqlama verib.

"Bağdad Beynəlxalq Hava Limanının müvəqqəti bağlanması təcili texniki nasazlıq səbəbindən görülən ehtiyat tədbiridir", - əs-Safi deyib.

O, ekspertiza qruplarının problemi müəyyən etməyə və təmir etməyə başladığını bildirib.

Nazirlik sözçüsü hava limanının yaxın bir neçə saat ərzində uçuşlara yenidən açılacağını deyib.

Seçilən
28
3
apa.az

4Mənbələr