AZ

İkinci hamiləlikdə qadınların beyni dəyişirmiş

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Amsterdam Universiteti Tibb Mərkəzi (UMC) tərəfindən aparılan araşdırma göstərir ki, ikinci dəfə hamilə olan qadınların beynində xüsusi dəyişikliklər baş verir. Bu dəyişikliklər, anaların diqqətini daha yaxşı yönəltməsinə və bir neçə uşağa eyni vaxtda baxarkən işini asanlaşdırmağa kömək edə bilər.Demokrat.az xəbər verir ki, əvvəlki tədqiqatlar ilk hamiləlik zamanı qadın beynində analığa hazırlıq məqsədilə dəyişikliklərin baş verdiyini ortaya qoymuşdu. Yeni araşdırma isə ikinci hamiləlikdə bəzi fərqli dəyişikliklərin meydana gəldiyini göstərir. Qadınların beyin quruluşunda "hədəfə yönəlik diqqət və vəzifə gözləntilərinə" yardım edən yeniliklər müşahidə olunub. Bu da bəzi qadınların ancaq ikinci dəfə ana olduqda yaşadığı düşüncə və emosional çətinliklərin səbəbini izah edə bilər.Araşdırmada 110 qadın izlənib: ilk dəfə ana olanlar, ikinci dəfə ana olanlar və uşağı olmayanlar qrupa bölünüb. Hamiləlikdən əvvəl və sonra aparılan beyin taramaları, dəyişikliklərin xüsusiyyətlərini açıq şəkildə göstərib.Məlumatları analiz edən araşdırmaçı Milou Straathof qeyd edir ki, ikinci hamiləlikdə beynin diqqəti və duyğulara reaksiyanı tənzimləyən sahələrindəki dəyişikliklər, anaların eyni anda bir neçə uşağa baxarkən işini asanlaşdırır.Araşdırma həmçinin beyin dəyişiklikləri ilə ruhsal sağlamlıq arasında əlaqəyə də işıq salır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə, dünya üzrə hamilə qadınların təxminən 10%-i, yeni doğum etmiş qadınların isə 13%-i, əsasən depresiya olmaqla, psixoloji problemlər yaşayır. Araşdırma göstərir ki, beynin serebrumunun xarici qatında baş verən struktur dəyişikliklər, peripartum depressiya ilə əlaqəlidir. İlk dəfə ana olanlarda bu dəyişikliklər doğuş sonrası vəziyyətlə daha çox bağlıdırsa, ikinci dəfə ana olanlarda hamiləlik dövründəki ruhsal vəziyyətlə daha güclü əlaqə göstərir.UMC Hamiləlik Beyin Laboratoriyasının rəhbəri Elseline Hoekzema bildirib ki, bu nəticələr göstərir ki, beyin yalnız ilk deyil, ikinci hamiləlikdə də dəyişir. “Hər hamiləlik qadın beynində fərqli izlər buraxır. Birinci və ikinci hamiləlikdə beyin həm oxşar, həm də unikal dəyişikliklər göstərir,” – deyə o əlavə edib.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
demokrat.az

2Mənbələr