AZ

Qurban Qurbanov: “Bizi tək qoymadılar”

"Komandama, futbolçularıma təşəkkür edirəm. Uzun və maraqlı bir turnir keçirdilər".

“Yeni Sabah” xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Nyukasl Yunayted" - "Qarabağ" (3:2) oyunundan sonra mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, komandanın göstərdiyi performans və xarakterdən razıdır:

"İlk oyundakı nəticədən sonra komandanı psixoloji baxımdan bu matça hazırlamaq nə qədər çətin olsa da, futbolçular özlərini maksimum yaxşı tərəfdən göstərməyi bacardılar. Bu oyunda ilk dəqiqələrdə iki qol buraxsaq da, komanda oyundan qopmadı və sona qədər mübarizə apardı".

Baş məşqçi rəqib azarkeşlərə də təşəkkür edib:

"Fürsətdən istifadə edərək "Nyukasl Yunayted"in azarkeşlərinə təşəkkürümü bildirirəm. Onlar komandalarını dəstəkləməyə gəlmişdilər. Bununla belə, bizim qurduğumuz bəzi hücumlara və vurduğumuz qollara da alqış etdilər. "Nyukasl Yunayted"ə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Öz azarkeşlərimizə də minnətdaram. Tərəfdarlarımız həm səfər, həm də ev oyunlarında bizi tək qoymadılar".

Qeyd edək ki, iki oyunun ümumi nəticəsinə görə "Nyukasl Yunayted"ə 9:3 hesabı ilə məğlub olan "Qarabağ" turnirlə vidalaşıb.


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr