AZ

O, braziliyalıdır - Premyer Liqada 2025/26 mövsümünün 300-cü...

Misli Premyer Liqasının 2025-26 mövsümündə 300-cü qol vurulub.

Sportinfo.az xəbər verir ki, yubiley qolu 21-ci turun “Karvan-Yevlax” – “Araz-Naxçıvan” (0:2) oyununda qeydə alınıb.

Qarşılaşmanın 50-ci dəqiqəsində penaltidən fərqlənən qonaqların braziliyalı futbolçusu Felipe Santos mövsümdə 300-cü qolun müəllifi olub.

Bu mövsüm hələ ki, ümumilikdə 301 qol vurulub ki, bunun 69-u yerli, 226-sı əcnəbi futbolçuların aktivinə yazılıb. 6 dəfə isə avtoqol qeydə alınıb.

Hesablama zamanı 4-cü turun “İmişli” – “Sumqayıt” oyunundakı 0:3 hesablı texniki məğlubiyyət nəzərə alınmayıb.

Seçilən
11
sportinfo.az

1Mənbələr