AZ

“Qarabağ” həm özü qazandı, həm də qazandırdı

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni pley-off mərhələsində dayandırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İngiltərənin “Nyukasl” komandası ilə duellərdən məğlub ayrılıb – 6:1, 3:2.

“Qarabağ” bu mövsüm Çempionlar Liqasında iştirakı və nəticələrinə görə, ümumilikdə UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib. Bu barədə gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Nazir eyni zamanda, “Qarabağ”ın turnirdəki çıxışından UEFA Həmrəylik Mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında iştirak edən digər klubların təxminən 1.6 milyon manat əlavə vəsait qazanacağını bildirib.

Azərbaycan futbolunda bu mövsüm qırılması çətin olan rekordlara imza atan “Qarabağ” bu mövsüm həm özü qazandı, həm də qazandırdı.

Sistemli işin nəticəsində tarixi uğurlar əldə edən “atlılar”ı qarşıda Premyer Liqada çətin çempionluq mübarizəsi gözləyir. Növbəti görüş lider “Sabah”la olacaq və qələbə çempionatda zirvə yarışını daha maraqlı edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
futbolpress.az

1Mənbələr