Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Başsağlığında deyilir: "Türkiyə Respublikasına məxsus F-16 qıırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".
Xatırladaq ki, hadisə bu gün səhər saat 01.50 radələrində baş verib.
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.