ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə ötən il dekabrın 18-də, paytaxtın Mətbuat prospektində qeydə alınıb. Belə ki, 99-RM-006 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Ayna Sultanova küçəsilə kəsişmədə svetoforun siqnallarına məhəl qoymayıb. O, sola əlavə bölmənin sönülü olduğunu görsə də hərəkətinə davam edərək qaydaları pozub.
Qeyd edək ki, svetoforun əlavə bölməsinin sönülü olduğu halda həmin istiqamətə hərəkət etmək qadağandır. Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.