AZ

İraq Bağdad Beynəlxalq Hava Limanının müvəqqəti olaraq bağlandığını açıqladı



İraq Nəqliyyat Nazirliyi Bağdad Beynəlxalq Hava Limanının texniki nasazlıq səbəbindən müvəqqəti olaraq bağlandığını açıqlayıb. Nazirliyin sözçüsü Meysəm əs-Safi məsələ ilə bağlı İraqın rəsmi xəbər agentliyi INA-ya açıqlama verib.
"Bağdad Beynəlxalq Hava Limanının müvəqqəti bağlanması təcili texniki nasazlıq səbəbindən görülən ehtiyat tədbiri idi", - deyən Safi əlavə edib ki, ekspert texniki qruplar nasazlıqların aradan qaldırılması və təmir işlərinə başlayıblar.

O, hava limanının işlərin və son texniki yoxlamaların başa çatmasından sonra yaxın bir neçə saat ərzində uçuşlara yenidən açılacağını bildirib və hər hansı yerli və ya beynəlxalq təhlükəsizlik problemlərinin hava limanının yenidən açılmasına mane olduğu iddialarını rədd edib.

Bağdad Beynəlxalq Hava Limanında uçuşların qəfil dayandırılması xəbəri sosial mediada yayılıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
9
aia.az

1Mənbələr