Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.
QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. Xan Şuşinski Fondunun prezidenti, Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova- Verdiyeva:
"Xalqımızın sevimli şairi Nəriman Həsənzadənin yubiley ili münasibətilə onu ürəkdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Fürsətdən istifadə edərək bir haşiyəyə çıxmaq istərdim. Atam Xan Şuşinski 1979-cu il mart ayının 18-də Bakıda vəfat etdi. Martın 19-da onun uzun illər çalışdığı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında son vida mərasimi keçirildi. Həmin mərasimdən sonra böyük bir izdiham Fəxri xiyabana üz tutdu. Orada böyük şairimiz Nəriman Həsənzadə bədahətən bu şeiri söylədi:
“Bir heyrət bürüyüb məni bu anda,
Dolmuş izdihamla Fəxri xiyaban.
Tabutu çiynində, səsi efirdə,
Oxuyanda Xandır, susanda Xandır.”
Estafeti Əbədi Turan Fondunun rəhbəri Esmira xanım Fuada ötürürəm".