AZ

Belarusda kənd satışa çıxarıldı

Belarusun şimal-qərbində, Litva sərhədi yaxınlığında yerləşən Veseluxa kəndi satışa çıxarılıb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, kəndin qiyməti 30.000 Belarus rublu (təxminən 10.524 dollar) təşkil edir.

Veseluxa Postavy rayon mərkəzindən cəmi beş kilometr və Litva sərhədindən iyirmi kilometr məsafədə yerləşir. Çayın kənarındakı meşənin yanında yerləşən bu mənzərəli ərazidə yalnız üç istifadə olunmamış bina var. 

Məlumata görə, Veseluxadakı evlər və torpaqlar əvvəllər aqroturizm məhəlləsi yaratmaq məqsədilə fərdi şəxslərdən alınıb. Lakin yeni sahib planı həyata keçirə bilməyib və əmlakı satmaq qərarına gəlib.

Veseluxa kəndinin də daxil olduğu Yunkovski Kənd Şurası boş mənzil probleminin həlli üçün milli proqramı fəal şəkildə həyata keçirir. 

Ağarza Elçinoğlu

Seçilən
6
1
unikal.az

2Mənbələr