AZ

"BOKT international"da kadr dəyişikliyi olub

“BOKT International” ASC-də Audit Komitəsinin tərkibi dəyişdirilib.

Cəmiyyət tərəfindən yayılan insayder məlumata əsasən, Müşahidə Şurasının 03/26 saylı protokoluna uyğun olaraq Audit Komitəsinin üzvü Abdullayev Hikmət Fikrət oğlu komitənin tərkibindən çıxarılıb və onun yerinə Ağayev Sabit Həsənağa oğlu təyin edilib.

Qeyd olunub ki, dəyişiklik Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi kimi həyata keçirilib və insayder məlumat xarakteri daşıdığı üçün açıqlanıb.

Cəmiyyət bildirib ki, rəhbərlikdə baş verən bu dəyişiklik mövcud öhdəliklərin icrasına və strateji layihələrin davamlılığına mənfi təsir göstərməyəcək. Əksinə, idarəetmənin təkmilləşdirilməsi səhmdarların maraqlarının daha effektiv qorunmasına xidmət edəcək.

Seçilən
14
fed.az

1Mənbələr