AZ

Türkiyə İran ərazisinə daxil olaraq bufer zona yaratmaq niyyətindədir - KİV

Türkiyə ABŞ və İran arasında mümkün münaqişə ehtimalını nəzərə alaraq ehtiyat planlarını yeniləyib.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Bildirilib ki, Ankara İrandan kütləvi qaçqın axını baş verə biləcəyi ssenarisinə hazırlaşır.

Məlumata görə, planlara sərhəd boyunca müvəqqəti qaçqın düşərgələrinin qurulması daxildir. Daha ekstremal variant kimi isə İranda idarəetmə boşluğu yaranacağı təqdirdə Türkiyənin İran ərazisinə daxil olaraq bufer zona yaratması və düşərgələri həmin ərazidə təşkil etməsi ehtimalı da nəzərdən keçirilir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
2
missiya.az

1Mənbələr