AZ

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 85 əcnəbi deportasiya edilib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlərdə Gürcüstandan 85 nəfər əcnəbi deportasiya olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslər Azərbaycan, Banqladeş, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Yəmən, İordaniya, Hindistan, İran, İsrail, Kot-d'İvuar, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Cənubi Afrika, Ermənistan, Sudan, Tayland, Filippin, Qırğızıstan və Çin vətəndaşlarıdır.

Mövcud qanunvericiliyə uyğun olaraq əcnəbilərin Gürcüstana girişi qadağan edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
4
apa.az

7Mənbələr