AZ

Azərbaycanda kafedə partlayış: Ölən var

Yevlax rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.

Hadisə zamanı kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən R.Sadıqov orada ölüb.

Seçilən
6
14
publika.az

10Mənbələr