AZ

Ali Məhkəmə həyat yoldaşının görünüşünə lağ etməyin hansı hallarda qanunsuz sayıldığına aydınlıq gətirdi

Bakı. Trend:

Ali Məhkəmə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyəthüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərinödənilməsi ilə bağlı hallara dair izah verib.

Trend xəbərverir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindənirəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadınşəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağanedən hallar aydınlaşdırılıb.

Bildirilib ki, məişət zorakılığına məruz qoyma, psixi və fizikişiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi,cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi iləmaraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və yaərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma,uşağın biloji atası olmamasının müəyyən edilməsi, atalığa dairmübahisə açmaq hüququndan sui-istifadə ediməsi, hörmətsiz davranışsərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdənbəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənarşəxslərə bildirmə), saxta nikah baglama (etibarsız nikah), yaşadığıevdən qanuni əsaslar olmadan çıxarılma və ailə qanunvericiliyinəzidd olan digər davranışlar ər-arvadın şəxsiyyət hüququnlarınıpozur və mənəvi zərərin vurulma əsasını təşkil edir.

Ər-arvaddan birinin heç bir qanuni əsas, o cümlədən digərininrazılığı olmadan şəxsi və ya ailə sirri təşkil edən məlumatlarıyayması qadağandır. Məsələn, şəxsi yazışmalar, keçmişi iləbağlı məlumatlar, ər-arvad arasındakı şəxsi münasibətlər(emosional, cinsi və s.), ailədaxili davranışlar, uşaqlarınmənşəyi, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçünməxfi və həssas xarakter daşıyan digər məlumatlar.

Hörmətsiz davranış sərgiləmə - ər-arvaddan birinin digərinibəyənməməsini ləyaqətini alçaldacaq tərzdə özünə və ya kənarşəxslərə bildirməsində ifadə oluna bilər. Məsələn, ər-arvaddanbirinin digərinin xarici görünüşünə lağ etməsi, lazımsız, dəyərsizolduğunu bildirməsi və bu kimi ləyaqətin alçaldılmasına səbəb olandigər kobud ifadələr işlətməsi.

Xatırladaq ki, daha əvvəl ailə sirri, ərin (arvadın) şəxsisirrini yayma, onun bəyənilmədiyini özünə və ya kənar şəxslərəbildirməsinin ailə qanunvericiliyinə zidd davranış hesabediləcəyinə dair məlumat yaymışdıq.

Seçilən
10
19
az.trend.az

2Mənbələr