AZ

Lənkəran şəhərini 7 kəndlə birləşdirən yol çökdü, hərəkət çətinləşdi - FOTO

LƏNKƏRAN, 25 fevral. TELEQRAF

Son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunda Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, sürüşmə nəticəsində yolun asfalt qatı çöküb, hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Yolda əmələ gəlmiş iri çatlara yağıntı sularının dolması sürüşmə aktivliyini daha da artırır. Hazırda ərazidən xüsusilə yük avtomobillərinin keçməsi təhlükəli hesab olunur. Bu, yolda dərin çöküntünün yaranmasınasəbəb ola bilər.

Ərazidə hər hansı xəbərdarlıq nişanının və ya təhlükəsizlik lentlərinin quraşdırılmaması sürücülər üçün əlavə risk yaradır.

Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.

Seçilən
1
3
teleqraf.com

5Mənbələr