Lənkəranda son günlər yağan intensiv yağışlardan sonra Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib.
"Unikal" xəbər verir ki, sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Yolda əmələ gəlmiş iri çatlara yağıntı sularının dolması sürüşmə aktivliyini daha da artırır. Hazırda ərazidən xüsusilə yük avtomobillərinin keçməsi son dərəcə təhlükəli hesab olunur. Bu, yolun qəfil daha da çökməsinə səbəb ola bilər.
Qeyd edək ki, bu yol 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.
Xəlil Əliyev