Hazırda Azərbaycana daxil olan internet trafikinin həcmi 7 terabitdən çoxdur. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi İdarə Heyətinin sədri Nail Mərdanov açıqlayıb.
Onun sözlərinə görə, ölkədə 3G və 4G əhatə dairəsi artıq 95%-dən çoxdur. Dövlət xidmətlərinin böyük əksəriyyəti rəqəmsallaşdırılıb, regional data mərkəzi layihələri isə beynəlxalq tərəfdaşların dəstəyi ilə genişləndirilir.
Nail Mərdanov bildirib ki, bu göstəricilər ölkədə internet infrastrukturu və rəqəmsal transformasiya sahəsində ciddi irəliləyişləri əks etdirir. Hazırda internetə əlçatanlıq səviyyəsi 90%-ə çatıb.