Bakı. Trend:
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət ŞeyxMəşəl əl-Əhməd əl-Cabir əl-Sabaha məktub ünvanlayıb.
Trend xəbərverir ki, məktubda qeyd olunub:
"Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizinsimanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ənsəmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluqduyuram.
Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edənAzərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsiməmnunluq doğurur. Ali səviyyədə qarşılıqlı anlaşmanın və fəaldialoqun mövcudluğu müxtəlif sahələrdə əməkdaşlığımızıngenişləndirilməsi üçün əlverişli şərait yaradır.
Əminəm ki, Azərbaycan ilə Küveyt arasında ənənəvi dostluqəlaqələri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarçərçivəsində səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinəuyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək vədaha da dərinləşəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizi və dost xalqınızı mübarəkRamazan ayının başlaması münasibətilə də ürəkdən təbrik edir, Sizəmöhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, KüveytDövlətinə daim əmin-amanlıq və rifah diləyirəm".