AZ

Lənkəranda 7 kəndi birləşdirən yolda sürüşmə olub

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib, Hirkan–Daşdatük–Biləsər yolunda asfalt qatı çöküb.

İnterpress.az-ın məlumatına görə, sürüşmə rayonun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda qeydə alınıb.

Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Qeyd edək ki, sözügedən yol rayonun 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.”Report”

Seçilən
10
5
interpress.az

9Mənbələr