AZ

ABŞ Rusiya əleyhinə sanksiyaların siyahısını genişləndirib

ABŞ Maliyyə Nazirliyi-nin nəzdində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) kibertəhlükəsizlik tədbirləri çərçivəsində dörd fiziki şəxsə və üç hüquqi şəxsə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, sanksiya tətbiq olunan şirkətlər arasında Rusiyada qeydiyyatdan keçmiş “Matrix” (Operation Zero kimi tanınır), BƏƏ-də yerləşən “Advance Security Solutions” və “Special Technology Services” yer alır.

Bundan əlavə, Rusiya vətəndaşları Sergey Zelenyuk, Oleq Kuçerov və Marina Vasanoviç, eləcə də Özbəkistan vətəndaşı Azizjon Mamashev də sanksiya siyahısına daxil edilib.

Sanksiyalar ABŞ hakimiyyət orqanlarının Sergey Zelenyukun “Operation Zero” vasitəsilə proqram təminatındakı zəifliklərdən istifadə edən texnologiyaların satışını təşkil etdiyinə dair qənaətinə əsaslanır. Bildirilir ki, bu texnologiyalar icazəsiz giriş əldə etmək, məlumat oğurlamaq və ya elektron cihazları uzaqdan idarə etmək məqsədi daşıyıb.

OFAC-ın bəyanatında həmçinin qeyd olunur ki, “Operation Zero” ABŞ istehsalı olan və ABŞ hökuməti ilə “seçilmiş müttəfiqlər” üçün nəzərdə tutulmuş kiber alətlərin də satışını həyata keçirib.

Seçilən
11
veteninfo.az

1Mənbələr