AZ

Lənkəranda torpaq sürüşməsi - 7 kəndi şəhərlə birləşdirən yol dağıldı - FOTO

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib, Hirkan–Daşdatük–Biləsər yolunda asfalt qatı çöküb.

Bakıvaxtı.az-ın Report-a isitnadən məlumatına görə, sürüşmə rayonun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda qeydə alınıb.

Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Qeyd edək ki, sözügedən yol rayonun 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.

Seçilən
3
5
bakivaxti.az

9Mənbələr