Bakı. Trend:
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindənAşqabaddakı “Yıldız” mehmanxanasında müqəddəs Ramazan ayımünasibətilə iftar mərasimi keçirilib.
Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə səfir Qismət Gözəlov qonaqlarısalamlayıb, Ramazan ayının başlanması münasibətilə iştirakçılarıtəbrik edib. Səfir çıxışında bu mübarək ayın İslam aləmində mənəvisaflaşmanın, həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm simvoluolduğunu qeyd edib. Ramazanın insanlar arasında dostluq vəanlayışın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Eyni zamanda,hər iki ölkədə dini dəyərlərə xüsusi ehtiramın göstərilməsinin vəbu xüsusda, belə tədbirlərin keçirilməsinin mədəni və mənəvidəyərlərin paylaşılması baxımından xüsusi əhəmiyyət daşıdığınıbildirib.
İftar mərasimində Türkmənistanın baş müftisi Yalkab Xocaquliyev,həmçinin ölkədə akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri vədiplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlara Azərbaycan milli mətbəxinin zənginənənələrini əks etdirən müxtəlif yeməklər və şirniyyatlar təqdimolunub.