AZ

Pezeşkian-Papikyan görüşündə sülh prosesindən danışıldı

"İran Ermənistanla Hərtərəfli Strateji Tərəfdaşlıq Sənədini yekunlaşdırmaqda qərarlıdır".

"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Ermənistanın müdafiə anziri Surn Papikyanla görüşündə bildirib.

O, qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi siyasətinin İranın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Rəsmi Tehran və İrəvan arasında "Hərtərəfli Strateji Tərəfdaşlıq Sənədi"ni yekunlaşdırmağa hazır olduğunu bildirən prezident qeyd edib: "Müxtəlif siyasi, iqtisadi, nəqliyyat, enerji və infrastruktur sahələrində münasibətlərimizin səviyyəsini nə qədər artıra bilsək, iki ölkənin və iki xalqın maraqları daha da təmin olunacaq".

İslam Respublikasının regional inkişafa prinsipial yanaşmasını vurğulayan Pezeşkian bildirib: “Qəti siyasətimiz regionda sülhü, sabitliyi və davamlı təhlükəsizliyi dəstəkləməkdir və heç bir şəkildə təhlükəsizlik və gərginlik axtarmırıq, çünki hər hansı bir qeyri-sabitlik regiondakı bütün ölkələrin ziyanına olacaq”.

Prezident həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsindən məmnunluğunu ifadə edərək, bu prosesi təhlükəsizliyin gücləndirilməsi və regional əməkdaşlığın inkişafı istiqamətində müsbət addım kimi xarakterizə edib.

Ümumi maraq doğuran bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi ehtimalının olduğunu vurğulayan Pezeşkian əlavə edib: “Biz xalqların sülh, qarşılıqlı hörmət və dinc yanaşı yaşadığı bir dünya qurmaq üçün konstruktiv qarşılıqlı əlaqə yolu ilə irəliləməliyik”.


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr