AZ

Əsas heyətdən buna görə qovulubmuş Qurbanova etiraz edib

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qarabağ”ın futbolçusu Sami Mmaenin əvəzedici komandaya göndərilməsinin detalları bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qurban Qurbanovun ötən gün açıqladığı kimi o, klubun nizam-intizam kodeksini pozub. 

Belçikalı futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 1:6 hesabı ilə uduzduqları matçda məşqçilər heyətinin dediklərinə əməl etməyib. Belə ki, həmin matçın 22-ci dəqiqəsində Bəhlul Mustafazadə zədələnərək meydanı tərk edib. Sami Mmae isə eyni mövqedə oynadığı futbolçunun zədələnməsindən sonra oyuna daxil olacağını düşünüb. 

Lakin Qurban Qurbanov fərqli addım ataraq sağ cinah müdafiəçisi Dani Boltu meydana buraxıb. Həmin mövqedə oynayan Mateuş Silva isə mərkəz müdafiəçisi mövqeyində çıxış etməyə başlayıb. 

Qarşılaşmanın fasiləsində isə rəqibin yüksək təzyiq etməsini görən Qurban Qurbanov 3-cü mərkəz müdafiəçisini oyuna daxil etmək istəyib. O, Sami Mmaeyə hazırlaşmasını tapşırıb. Belçikalı oyunçu birinci hissədə meydana daxil edilmədiyi üçün oynamaq istəmədiyini bildirib. Hətta o, Q.Qurbanovun köməkçisi Elçin Rəhmanovla mübahisə edib. S.Mmae ilk hissədə Bəhlul zədələnərkən niyə ona şans verilmədiyi haqda soruşub. Q.Qurbanov ikinci hissənin startında məcbur olaraq Bədavi Hüseynova şans verib. 

Qarşılaşmadan sonra isə Sami Mmaeyə əvəzedici heyətə göndərildiyi barədə məlumat verilib, əsas komandadan qovulub. Böyük ehtimalla o, yay “transfer pəncərəsi”ndə müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna qayıdacaq.  

Elsevər Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
4
qafqazinfo.az

5Mənbələr