AZ

Alimlər ağcaqanadları qovan təbii mexanizmi aşkar ediblər

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 25 fevral, AZƏRTAC

İsrailli və beynəlxalq alimlərdən ibarət tədqiqat qrupu uzun illərdir insanlar tərəfindən istifadə olunan bəzi bitki ekstraktlarının ağcaqanadları niyə uzaqlaşdırdığını müəyyən edib. Bu tədqiqat gələcəkdə daha təhlükəsiz və effektiv həşəratqovucu vasitələrin hazırlanmasına yol açır.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Yerusəlim İbrani Universitetinin rəhbərlik etdiyi qrup kamfora ağacı yağlarında olan təbii borneol maddəsini araşdırıb. Onlar ağcaqanadlarda bu maddəni hiss edən xüsusi bir qoxu reseptoru tapıblar. Nəticələr “Nature Communications” jurnalında dərc olunub.

Alimlər bildiriblər ki, “OR49” adlanan bu reseptor Denge, Zika və Qərbi Nil virusunu daşıyan ağcaqanadlarda reaksiya yaradır. Reseptor aktivləşəndə həşəratlar qoxu mənbəyindən uzaqlaşır və insan dərisinə yaxınlaşmır. “OR49” deaktiv olunduqda isə ağcaqanadlar artıq borneola reaksiya vermir.

Araşdırmada göstərilib ki, bu yanaşma ənənəvi həşəratqovucu vasitələrdən fərqlidir, çünki həşəratın öz qorunma mexanizmini işə salır. Gələcəkdə “OR49”a yönəlmiş həşəratqovucu vasitələr daha az miqdarda istifadə edilə bilər və o, daha uzunmüddətli qoruma təmin edərək müxtəlif ağcaqanad növlərində təsirli ola bilər.

Alimlər vurğulayıblar ki, yeni vasitələr yüksək riskli bölgələrdə Denge, Zika, malyariya və Qərbi Nil viruslarının yayılmasının qarşısını almağa kömək edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
azertag.az

2Mənbələr