AZ

Yaxın 12-18 ay ərzində Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yüksək səviyyədə qalacaq - "Moody’s"

Bakı. Trend:

Yaxın 12–18 ay ərzində Azərbaycan banklarının aktivlərininkeyfiyyəti yüksək səviyyədə qalacaq.

Trend bu barədə“Moody’s”ə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, kredit portfelinin göstəriciləriəlverişli iqtisadi şərait hesabına dəstəklənəcək, borcalanlarınborc öhdəliklərini yerinə yetirmə qabiliyyəti isə qeyri-neftsektorunun sabit dinamikası və Azərbaycanda ümumi gəlirlərinartması fonunda möhkəmlənəcək.

“Problemli kreditlərin bank sektorunda payı 2025-ci ilin dekabrayına olan vəziyyətə görə ümumi kredit portfelinin 2,5 faizinitəşkil edib (2024-cü ildə 2,4 faiz, 2023-cü ildə isə 2,6 faiz).Problemli kreditlərin ehtiyatlarla qarşılanma səviyyəsi isə yüksəkqalaraq 220 faizdən çox olub. Kredit portfelinin göstəriciləriistehlak kreditləşməsi sahəsində sərt normativ tələblərlədəstəklənəcək, milli valyutanın (manatın) sabitliyi isə xaricivalyutada olan kreditlər üzrə (2025-ci ilin dekabr ayına ümumikreditlərin 14,2 faizi) öhdəliklərin yerinə yetirilməsinə müsbəttəsir göstərəcək”, – deyə hesabatda qeyd olunub.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr