AZ

İki ölkə Ukraynaya nüvə silahlarını qaytarır Zaxarovadan REAKSİYA

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı tədarük etmək planları oyundur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik Radiosu”na verdiyi açıqlamada bildirib.

“Hər iki ölkə nüvə silahları məsələsini ritorik deyil, praktiki olaraq manipulyasiya etməyə hazırlaşır və artıq bu prosesdədirlər”, – deyə o qeyd edib.

Qeyd edək ki, Rusiyanın Xarici Kəşfiyyat Xidməti fevralın 24-də Paris və Londonun Kiyevə nüvə bombası verməyi planlaşdırdığını açıqlamışdı.

Moskva tərəfi bəyan edir ki, Fransa və Böyük Britaniya Ukraynaya nüvə silahının qaytarılması ilə bağlı addımlar atmaq niyyətindədir. Bu iddialar artıq təkcə siyasi bəyanat yox, qlobal təhlükəsizlik sistemini təhdid edən ciddi xəbərdarlıq kimi qiymətləndirilir.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr