AZ

Lənkəranda təhlükəli vəziyyət – asfalt yarıldı, iri çatlar yarandı

Lənkəranda yol çöküb, hərəkət təhlükəlidir.

NOCOMMENT.az-ın Cənub bürosu xəbər verir ki, son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunda Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Yolda əmələ gəlmiş iri çatlara yağıntı sularının dolması sürüşmə aktivliyini daha da artırır. Hazırda ərazidən xüsusilə yük avtomobillərinin keçməsi son dərəcə təhlükəli hesab olunur. Bu, yolun qəfil daha da çökməsinə səbəb ola bilər.

Ərazidə hər hansı xəbərdarlıq nişanının və ya təhlükəsizlik lentlərinin quraşdırılmaması sürücülər üçün əlavə risk yaradır. Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.

Turab

Seçilən
10
3
nocomment.az

5Mənbələr