AZ

“Mən olmasaydım, 35 milyon insan ölərdi” “İran ABŞ yə çatacaq raketlər hazırlayır”

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk "Ölkənin vəziyyəti" adlı çıxışını edib.

“AzPolitika” xəbər verir ki, 1 saat 48 dəqiqə davam edən və ABŞ prezidentləri üçün tarixin ən uzun nitqi olan çıxışında Tramp əsasən daxili uğurlarına diqqət yetirib.

O eyni zamanda son bir ildə “səkkiz müharibəni dayandırmağı bacardığını” xatırladıb. Tramp doqquzuncu müharibəyə, yəni Rusiya-Ukrayna müharibəsinə də son qoymaq istədiyini deyib.

İrana gəldikdə isə ABŞ Prezidenti diplomatiyaya üstünlük verdiyini, lakin heç vaxt bu ölkənin nüvə silahı əldə etməsinə icazə verməyəcəyini söyləyib.

Tramp açıq deyib ki, Vaşinqton Yerin Qərb yarımkürəsində dominant mövqe yaratmaq niyyətindədir. Onun çıxışının əsas tezisləri aşağıdakılar olub: -ABŞ düşmənləri bu ölkədən qorxurlar və Amerikaya yenidən bütün dünyada hörmət edilir;

- Konqresdəki respublikaçıların sayəsində ABŞ ordusuna rekord miqdarda pul yatırırıq - başqa seçimimiz yoxdur;

- ABŞ yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən çox neft alıb;

- O qədər tez-tez qalib gəlirik ki, bununla nə edəcəyimizi belə bilmirik;

- İllərdir ki, Meksikanın böyük hissəsi də daxil olmaqla, regionumuzun böyük bir ərazisi qəddar narkotik kartellərinin nəzarəti altında idi;

- Yeni hərbi kampaniyamız sayəsində ölkəmizə rekord miqdarda narkotik maddələrin daxil olmasının qarşısını aldıq və onların su və ya dəniz yolu ilə idxalını demək olar ki, tamamilə dayandırdıq;

- NATO ölkələri - dostlarımız və müttəfiqlərimiz - mənim təkidimlə ÜDM-in 2%-ni belə ödəmədikləri halda, 5%-ni müdafiəyə xərcləməyə razılaşdılar;

- Prezident olaraq, bacardığım hər yerdə sülh yaradacağam, amma Amerikaya qarşı təhdidlərlə üzləşdikdə heç vaxt tərəddüd etməyəcəm;

- Pakistanın Baş naziri bildirdi ki, mənim müdaxiləm olmasaydı, 35 milyon insan ölərdi;

- Heç bir ölkəyə uşaqları valideynlərindən almağa və onların iradəsinə zidd olaraq cinsiyyətlərini dəyişdirməyə icazə verilməməlidir. Biz bunu qadağan etməliyik;

- Demokratların siyasəti qiymətlərin artmasına səbəb olub. Bizim siyasətimiz qiymətləri azaldır və olduqca sürətlə. Vəziyyət düzgün istiqamətdə irəliləyir. Qiymətlər aşağı düşür;

- Mən dövrümüzün ən böyük fırıldaqlarından biri olan səhiyyə xidmətlərinin yüksək qiyməti ilə mübarizə aparıram. “Obamacare” kimi tanınan Əlverişli Qayğı Qanununun qəbulundan sonra böyük sığorta şirkətləri varlandı. Bu qanun onlar üçün idi, xalq üçün deyil;

- Bu gün mən rəsmi olaraq vitse-prezident J.D. Vensin rəhbərliyi ilə fırıldaqçılığa qarşı müharibə elan edirəm;

- Bu administrasiya dövründə biz həmişə Sosial Təminat və Tibbi Xidmətləri qoruyacağıq;

- ABŞ-nin neft hasilatı gündə 600.000 bareldən çox artıb;

- Bir çox qanunsuz immiqrant ingilis dilində danışmır və hətta ən adi yol nişanlarını belə oxuya bilmir. Konqresi ştatların qanunsuz immiqrantlara kommersiya sürücülük vəsiqələri verməsini qadağan edəcək "Delilah Qanunu" adlandıracağımız qanunu qəbul etməyə çağırıram;

- Biz cinayətkarları rekord həddə deportasiya edirik və onları ölkədən tez bir zamanda çıxarırıq. Bizə onlar lazım deyil;

- Amerikalılarla tam açıq sərhəd arasında dayanan yeganə şey Prezident Donald Tramp və Konqresdəki Respublikaçılarımızdır;

- Böyük qürurla deyə bilərəm ki, vəzifədə olduğum müddətdə bu ölkədə dindarlıq, xristianlıq və Tanrıya inamda əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

Tramp Ukraynada nizamlanmaya nail omaq üçün çox çalışdığını da qeyd edib. İrana gəldikdə isə deyib: "Onlar tezliklə Amerika Birləşmiş Ştatlarına çatacaq raketlər yaratmaq üzərində işləyirlər… İran öz ölkəsində ən azı 32.000 etirazçını öldürüb”.

Tramp əlavə edib ki, İran danışıqlarda ABŞ-yə nüvə silahı hazırlamamaq barədə söz vermir.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
azpolitika.info

1Mənbələr