AZ

Bill Geyts yoldaşına xəyanət edibmiş rus qadınlarla

ain.az bildirir, Modern.az portalına istinadən.

Microsoft-un təsisçisi Bill Qeyts Ceffri Epşteynlə əlaqələri üçün Qeyts Fondunun işçilərindən üzr istəyib və xeyriyyə təşkilatına kölgə salan səhvlər etdiyini etiraf edib.

Modern.az xəbər verir ki, The Wall Street Journal-da dərc olunmuş və fondun işçilərinə göndərilən məktubda Qeyts maliyyəçinin qadınları fahişəliyə cəlb etməsini təşkil etiraf etməsindən sonra 2011-ci ildə Epşteynlə görüşməyə başladığını yazıb. Microsoft-un təsisçisi qeyd edib ki, həyat yoldaşı Melinda onun Epşteynlə əlaqəsinə qarşı çıxıb.

Qeyts həmçinin işçilərinə nikahdankənar münasibətləri olduğunu da etiraf edib. "Mənim münasibətlərim olub, biri bric turnirində tanış olduğum rusiyalı oyunçusu ilə, digəri isə işgüzar münasibətlər vasitəsilə tanış olduğum rusiyalı nüvə fiziki ilə idi", - deyə o bildirib.

Microsoft-un təsisçisi etiraf edib ki, "Epşteynlə vaxt keçirmək və fond rəhbərlərini cinsi cinayətkarla görüşlərə cəlb etmək böyük bir səhv idi". Lakin Qeyts vurğulayıb ki, o, "qanunsuz heç nə etməyib".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
modern.az

1Mənbələr