AZ

Bakıda sevgilisinə xəyanət edən tələbə qız döyüldü

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda 36 yaşlı oğlan sevgi münasibətində olduğu qıza xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 22-də rayonun Bakıxanov qəsəbəsində baş verib. Salyan rayon sakini, 1990-cı il təvəllüdlü İlkin həmin gün saat 09 radələrində tanışı Günel ilə qısqanclıq zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun sifət nahiyəsinə vurub. İlkinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İlkin ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Azərbaycan Pedaqoji Universitetin 4-cü kurs tələbəsidir və ikinci ali təhsil alır: “Günel mənimlə eyni fakultədə təhsil alır və patok yoldaşıyıq. Günellə aramızda münasibətlər əvvəlcə tələbə yoldaşlığı əsasında başladı, zamanla sevgi münasibətinə çevrildi. Lakin müəyyən səbəblərə görə Günelin mənə xəyanət etdiyini düşündüyüm üçün onunla görüşmək istəyimi bildirdim. Günel buna etiraz etmədi və 27 saylı binanın arxa tərəfində görüşmək üçün razılaşdıq. Mayın 22-də, saat 09 radələrində binanın arxa tərəfinə Günel ilə görüşdüm. Görüş zamanı Güneldən xəyanət etməsinin səbəbini soruşdum və daha sonra onun telefonunda olan mesajlara baxmaq istədiyimi bildirdim. İlk öncə Günel telefonunu verməkdən imtina etdi. Amma təkid etməyimdən sonra telefonu verdi. Günelin telefonundakı məlumatlara baxdıqdan sonra mənə xəyanət etdiyini etiraf etdi və digər şəxslə sevgi əlaqəsini açıq şəkildə bildirdi. Günel mənə həmin şəxsin adı ilə müraciət etdiyi üçün əsəbləşdim. Nəticədə onun üz nahiyəsinə şillə vurdum və sifətində şişkinlik yarandı”.Zərərçəkmiş Günelin sözlərinə görə, Azərbaycan Pedaqoji Universitetinin Sahil Filialının 4-cü kurs tələbəsidir: “Mayın 22-də, saat 09 radələrində İlkinlə görüşdüm. İlkin tərəfindən əvvəlcə fiziki zorakılığa məruz qaldım. Görüş zamanı İlkin mənə şəxsi həyatıma dair suallar verdi. Həmin suallara cavab verərək həyatımda bir şəxsin olduğunu, İlkinin həmin şəxsi tanıdığını bildirdim. Bu məlumatı eşitdikdən sonra İlkin mənə qarşı fiziki zorakılıq göstərdi. İlk öncə mənə şillə vurdu, daha sonra isə yumruq zərbəsi endirdi. Mən bu zərbələr nəticəsində nəfəs darlığı yaşadım və yerə yıxıldım. İlkin kömək edərək məni qaldırdı. Etdiklərinin az olduğunu və daha pis hərəkətlər edəcəyini bildirdi. İlkinin təhdidlərindən sonra nə baş verəcəyindən qorxdum və vəziyyəti daha da gərginləşməmək üçün ona qarşı çıxmadım”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra İlkin onun telefonunu alıb, sevgi münasibətində olduğu şəxsin telefonuna mesaj göndərib və həmin şəxsə ayrılmaq istədiyini bildirib: “Bundan əlavə, İlkinə getmək istədiyimi bildirdim. İlkin onun razılığı olmadan heç yerə gedə bilməyəcəyimi söylədi. Hadisə baş verdikdən sonra evə gedərək dərhal polisə məlumat verdim, polisdən kömək istəyərək baş verənləri tam şəkildə izah etdim. Mənim verdiyim məlumat əsasında hüquq-mühafizə orqanları tərəfindən lazımi araşdırmalar və hüquqi tədbirlər görülməsi üçün müvafiq işlər başlanıldı”. 

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İlkin aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
demokrat.az

1Mənbələr