AZ

ABŞ Ukraynaya Navorossiyskdəki neft obyektini vurduğuna görə diplomatik etiraz bildirdi CNN

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Donald Trampın administrasiyası, Ukraynanın Qara dənizdəki Navorossiyskdəki Rusiya neft obyektinə hücumundan sonra Ukraynaya rəsmi diplomatik etiraz göndərib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-da keçirilən brifinqdə Ukraynanın ABŞ-dakı səfiri Olga Stefanışına məlumat verib.

Stefanışinanın sözlərinə görə, ABŞ Dövlət Departamenti Ukraynanın keçən ilin sonunda Navorossiyskə etdiyi zərbələrin, Qazaxıstan vasitəsilə həyata keçirilən amerikalı sərmayələrə mənfi təsir etdiyini bildirib.

"Dövlət Departamentindən bizə bildirildi ki, ABŞ maraqlarına hücum etməməliyik," – deyə səfir brifinqdə qeyd edib və bu məsələnin ABŞ-ın iqtisadi maraqları ilə bağlı olduğunu, Rusiyanın hərbi və enerji infrastrukturuna hücumların isə ümumilikdə qadağan olunmadığını vurğulayıb.

Keçən ilin noyabr ayında, Ukraynanın PUA-ları Navorossiysk limanını hədəf alıb. Bu hücum nəticəsində infrastruktur zədələnib, xüsusilə də, Kazaxıstandan Qara dənizə neft daşıyan əsas boru kəməri zərər görüb.

Kaspi Boru Kəməri Konsorsiumunun əsas səhmdarı "Chevron" şirkətidir. Hücumdan sonra, Kazaxıstanın neft ixracı əhəmiyyətli dərəcədə azalıb və bu da ABŞ-ın iqtisadi maraqlarına təsir göstərib.

Səfir əlavə edib ki, Dövlət Departamentindən göndərilən bildirişdə xüsusi olaraq qeyd olunub ki, ABŞ-ın hazırda Kazaxıstanda əhəmiyyətli iqtisadi maraqları var, lakin Ukraynada belə maraqlar mövcud deyil.

"Çox təəssüf edirəm ki, 35 illik müstəqilliyimiz dövründə biz hələ də birgə addımı ata bilmirik", – deyə o vurğulayıb.

Bu diplomatik etiraz, Rusiya tərəfindən Ukraynaya qarşı genişmiqyaslı hücumun dördüncü ildönümünə təsadüf edir. ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları hələ də müsbət nəticə verməyib, döyüşlər davam edir.

Stefanışina, həmçinin, müharibənin əvvəlində Rusiyaya qarşı tətbiq olunan təzyiqlərin kifayət qədər güclü olmadığını tənqid edib. "Biz Ukraynanın yaşaması üçün kifayət qədər tədbir gördük, lakin Rusiyanın inkişafını dayandıra bilmədik," – deyə o bildirdi.

Səfir ABŞ Konqresini Rusiya Federasiyasına qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qanun qəbul etməyə çağırıb və bunun təxirə salınmasını Moskvada "qələbə" kimi qiymətləndirildiyini bildirib.

Bu arada, Ukrayna prezidenti Vladimir Zelenski CNN-ə verdiyi müsahibədə, Trampın "bizim tərəfimizdə qalmasını" istədiyini bildirib. Vaşinqtonun Vladimir Putinə qarşı yetərli təzyiq göstərib-göstərmədiyi barədə sualına isə, "Xeyr" cavabını verib.

Xatırladaq ki, noyabr ayında Navorossiysk limanında KTK terminallarına edilən hücum barədə məlumatlar yayılmışdı. Sonrasında, Qazaxıstan, Ukraynanın bu hücumunu qınamış və bu "təhlükəsizliyi təmin etmək məqsədilə müdafiə olunan mülki obyektə" edilən hücumların dayandırılmasını tələb etmişdi.

Ukraynanın Xarici İşlər Nazirliyi isə bu etirazlara cavab olaraq, Ukraynanın hərəkətlərinin Qazaxıstana qarşı deyil, Rusiya tərəfindən başlatılan tammiqyaslı hərbi aqressiyaya qarşı olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr