Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib.
Apasport.az xəbər verir ki, "Kayserispor" komandaya rəhbərlik edən Radomir Caloviçlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma xitam verilib.
Artıq Caloviçi bu postda əvəz edəcək baş məşqçisinin də adı bəlli olub. Rəhbərlik bu vəzifə üçün Erlinq Mo ilə anlaşıb. Rəsmi açıqlamanın yaxın müddət ərzində verilməsi gözlənilir.
Qeyd edək ki, "Kayserispor" XXIII turu geridə qalan çempionatda 19 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
"Fənərbaxça"da 4 ciddi itki
Vinisius qərarını verdi - “Real”da qalacaq
Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
"Fənərbaxça"ya bir" zərbə" də Edersondan
“Torino”da baş məşqçi ayrılığı