AZ

Narkobaron öldürüldü: Dünya Çempionatı təhlükəyə düşdü?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Meksika Prezidenti Klaudiya Şeynbaum “Xalisco Yeni Nəsil Karteli”nin başçısı və ölkənin ən çox axtarılan narkobaronu kimi tanınan El Mençonun öldürülməsindən sonra artan zorakılıq hadisələri ilə bağlı açıqlama verib.

O, açıqlamasında ölkə üzrə hər hansı təhlükəsizlik riskinin olmadığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında çıxış edən Şeynbaum həyatın normala qayıtması üçün təhlükəsizlik qüvvələrinin bütün imkanları ilə çalışdığını deyib.

Şeynbaum Dünya Çempionatına ev sahibliyi edəcək Qvadalaxara şəhərinin təhlükəsizliyinə də toxunaraq, “Bütün təminatlar mövcuddur, heç bir risk yoxdur” ifadəsini işlədib.

Ölkə üzrə təhlükəsizlik baxımından heç bir riskin olmadığını vurğulayan Şeynbaum bildirib: “El Menço məlum olduğu kimi, mühüm fiqur idi, buna görə bazar günü bu vəziyyət yaşandı, dünən isə hadisələr xeyli az idi. Bu gün bütün fəaliyyətlərin tam şəkildə normala dönəcəyini gözləyirik.”

El Mençonun öldürülməsindən sonra Qvadalaxara şəhərinin müxtəlif nöqtələrində zorakılıq hadisələri baş verib, əhali qorxu səbəbindən evlərinə çəkilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr