Bakı.Trend:
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA)tərəfindən ölkədə genişzolaqlı internet sürətinin artırılması iləbağlı təklif verilib.
Trend xəbərverir ki, bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyininİdarə Heyətinin sədri Nail Mərdanov bu gün “A-dan Z-yə internet"media üçün praktik təlimdə jurnalistlərin suallarınıcavablandırarkən deyib.
Agentlik sədri bildirib ki, həmin normativ sənəd təsdiqlənməmərhələsindədir.
“Provayderlərin xidmət keyfiyyətləri göstəricilərininsərtləşdirilməsi haqqında da düşünürük. Minimum intenert sürətinəmüəyyən hədd qoyulandan sonra bütün provayderlər məcbur olacaqlarki, bu xidməti təmin etsinlər”, - deyə Nail Mərdanovvurğulayıb.