AZ

​150 milyona İstanbulda 30 ev aldı

Türkiyəli məşhur aktyor Burak Özçivit İstanbulun Eyüpsultan rayonunda böyük həcmdə daşınmaz əmlaka sahib olub.
Metbuat.az xəbər verir ki, bu iddia ilə yerli media çıxış edib. KİV-in yazdığına görə, sənətçi adıçəkilən rayonda 150 milyon lirə dəyərində (təxminən 6 milyon AZN) 30 mənzil alıb. Sevilən aktyorun investisiya layihəsi sosial mediada geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri “İstanbulun hamısını alsaydı”, “Adam pulunu qoymağa yer tapmır”, “Ağıllı adamdır, sabah qoyduğu pulun üç qatını götürəcək” məzmunlu şərhlər yazaraq məsələyə özünəməxsus münasibət bildiriblər.

Qeyd edək ki, Burak Özcivit Türkiyənin bahalı bölgələrində aldığı ev və torpaq sahələri ilə tez-tez gündəmə gəlir.

Seçilən
0
metbuat.az

1Mənbələr