AZ

MKİ xəbərdarlıq etdi: Çin Tayvana hücum edəcək

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) texnologiya şirkətlərinə Çinin 2027-ci ildə Tayvana hücum edəcəyi barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Təhlükəsizlik rəsmiləri gizli brifinqlərdə Əpl, “Advanced Micro Devices” və “Qualcomm” kimi şirkət rəhbərlərinə Çinin Tayvanı geri almaq planları hazırladığı, adanın Pekin tərəfindən blokadasının orada istehsal olunan kompüter çiplərinin tədarükünü dayandıra və ABŞ texnologiya sənayesini diz çökdürə biləcəyi barədə xəbərdarlıq ediblər. ABŞ prezidentləri Bayden və Tramp vəziyyəti dəyişdirməyə çalışsalar da, Amerika şirkətləri smartfon, noutbuk və süni intellekti gücləndirən nəhəng məlumat mərkəzlərini təchiz edən mikroçiplərinin əksəriyyəti üçün təchizatçıları dəyişdirməkdən inadla imtina edir”, - məlumatda deyilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
axar.az

1Mənbələr