AZ

Yaponiya Tayvan yaxınlığındakı adaya raket yerləşdirəcək

Yaponiya Tayvan yaxınlığında yerləşən Yonaquni adasına 2031-ci ilin mart ayına qədər yerüstü hava hücumundan müdafiə raketləri yerləşdirməyi planlaşdırır.

“Yeni Sabah” xəbər verir ki, bunu müdafiə naziri Şinciro Koizumi bildirib.

Nazirin sözlərinə görə, orta mənzilli raket sistemləri hava hədəflərini, o cümlədən təyyarə və raketləri məhv etmək üçün nəzərdə tutulub. Sistem təxminən 50 kilometr radiusda fəaliyyət göstərəcək.

Yonaquni adası Tayvan sahillərindən cəmi 110 kilometr məsafədə yerləşir və strateji əhəmiyyətə malikdir. Bu addım regionda artan gərginlik, xüsusilə Çin ilə münasibətlərin kəskinləşməsi fonunda atılır.


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr