AZ

Pakistanda terror aktı: 4 polis həlak olub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 25 fevral, AZƏRTAC

Pakistanın Pəncab əyalətinin Bhakkar rayonunda kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı dörd polis həlak olub, üç nəfər isə yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hücum polis məntəqəsinin yaxınlığında baş verib. Partlayışdan sonra polis və xilasetmə qrupları hadisə yerinə çataraq yaralıları yaxınlıqdakı xəstəxanaya aparıblar. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və axtarış əməliyyatına başlayıb.

Hücumun məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
4
azertag.az

5Mənbələr