AZ

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2025-ci il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak edirlər.

Əvvəlcə 2025-ci ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub.

İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra hesabat ilində dünyasını dəyişmiş müxbir üzvlərin, həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli “Azərbaycanşünaslıqdan rəqəmsallaşmaya və beynəlxalq əlaqələrə” mövzusunda məruzə ilə çıxış edib.

Seçilən
12
1
azertag.az

2Mənbələr